Digər

Sabah Bakıda güclü külək əsəcək

BakıdaAbşeron yarımadasında iyulun 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Bugün.tv”yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Milyonlarla arının kütləvi ölümü araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu