22 C
Baku
19 Aprel 2024, 9:41
Sosial

Nazir Qubada vətəndaşları qəbul edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyindən verilən məlumata görə mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda 2022-ci ilin avqust ayında vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu 5 avqust 2022-ci il tarixində saat 10:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri Heydər Əliyev prospekti 1) keçiriləcək.

Nazir adı çəkilən bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 4 avqust 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu (mincom@mincom.gov.az) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Teymur Əziz

Oxşar xəbərlər

Əməkhaqqı fondu daha 16 faiz artıb

Aynur Camal

“28 May – Müstəqillik Günü” və “Vindzor Kral Atçılıq Şousu-2023’’ tədbiri keçirilib

Aynur Camal

Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu