Bugün.tv Pxenyan dövlət mediasına istinadən xəbər verir ki, Şimali Koreyanın Covid epidemiyası vətəndaşların Cənubi Koreya ilə sərhədə yaxın düşmüş “yadplanetli əşyalara” toxunması ilə başlayıb.
Vətəndaşlar cənubdan sərhədi keçə biləcək obyektlərə qarşı diqqətli olmağa çağırılıb.
Cavab olaraq Seul deyir ki, Covid-in bu şəkildə sərhədi keçə bilməsi üçün “heç bir ehtimal” yoxdur.
Şimali Koreyanın dövlət mediasına görə, rəsmi araşdırmalar Cənubi Koreya sərhədi yaxınlığında naməlum materiallarla təmasda olduqdan sonra Covid-ə yoluxan iki nəfəri müəyyən edib.
Aprelin əvvəlində 18 yaşlı əsgər və beş yaşlı uşağın Iforidəki təpədə əşyalar tapdıqdan sonra virusa yoluxduğu bildirilib.
O vaxtdan dövlət mediası Şimali Koreyada Covid-19 virusunun sürətlə yayıldı” xəbərini verdi.
Yerli medianın bildirdiyinə görə, ölkə sakinlərinə “demarkasiya xətti və sərhədlər boyu ərazilərə ,külək və digər iqlim hadisələri ilə gələn yadplanetli obyektlərə və hava şarlarına qarşı ayıq-sayıq davranmaq” tapşırılıb.