22 C
Baku
Sentyabr 26, 2022
Siyasət

V. Zelenski Rusiya ilə əsirləri dəyişməyə hazır olduğunu deyib.

“Ukrayna, bu prosesin tezlədirilməsinə ehtiyac olduğu üçün “sabah da olsa” Rusiya ilə əsir mübadiləsi etməyə hazırdır.”
Bugün.tv xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“Biz Rusiya ordusu ilə mübadiləni tezləşdirməliyik. Bizə rus hərbiçiləri lazım deyil, sadəcə bizimkilər lazımdır. Biz sabah da dəyişməyə hazırıq və bu mübadilə çox vacibdir”, – deyə V.Zelenski Davosdakı Ukrayna Evindən videobağlantı vasitəsilə suallara cavab verib.

V.Zelenski qətiyyətlə təkid edir ki, başqa ölkələr də bu prosesə qoşulmalıdır. Onun fikrincə, “insan mübadiləsi bu gün humanitar məqamdır və siyasi qərardır”. Bu digər məsələlərlə yanaşı, bir çox dövlətlərin dəstəyindən asılıdır: “Burada biz bütün dövlətlərin, BMT-nin, İsveçrə və Israilin təcrübəsindən istifadə edirik. Amma bu çətindir”.- deyə o vurğulayıb.
Ukrayna lideri, həmçinin, iştirak edən ölkələri Rusiya Federasiyasındakı bizneslərini dayandırmaq və neft embarqosu tətbiq etməklə “istənilən vasitələrlə Rusiyaya təzyiq göstərməyə” dəvət edib.

Oxşar xəbərlər

Azərbaycanın hava məkanı etibarlı şəkildə qorunur: (VİDEO)

Sabina Uğur

Çavuşoğlu: Türkiyə və Azərbaycan yeni geosiyasi balans yaradıblar

Sabina Uğur

Azərbaycan və ABŞ-ın xarici işlər nazirləri görüşüb

Aynur Camal