18 C
Baku
Oktyabr 7, 2022
Siyasət

Azərbaycan-Qazaxıstan Ekspert Şurası yaradılıb

Bugün.tv xəbər ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılmasına həsr olunmuş dəyirmi masa keçirilib. BMTM-IN İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, hər iki ölkədə, o cümlədən regionda baş verən proseslər göstərir ki,ekspertlər​ bu məsələlərə müəyyən qiymət verməli, hökumətlər qarşısında tövsiyələrlə çıxış etməlidirlər. Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan arasında münasibətlər durmadan genişlənir və Orta Dəhlizdən sonra yeni imkanlar meydana çıxıb.



Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib ki, 30 illik diplomatik əlaqələr müddətində iki ölkə arasında əlaqələr yeni səviyyəyə ​ çatıb və strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə olunur. Səfir bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi ilə tarixi ədalət bərpa olunub və artıq postmünaqişə dövrü başlayıb: “İşğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma işləri Azərbaycanın regional mərkəz kimi rolunu artırır. Post münaqişə dövrünə dair işlər uğurla gedir.​ Rekord müddətdə Füzuli aeroportu, Şuşa yol tikilib”.



Qazaxıstan Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yerki Tukumov Ekspertlər Şurasının yaradılması ilə iki ölkə əlaqələrində formalaşacaq yeni mərhələnin davamlı və hərtərəfli olacağına ümid etdiyini bildirib.​ Onun sözlərinə görə, şuranın yaradılması tarixi prosesdir və bu formal xarakter daşımayacaq: “Qardaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün ölkələrimizin rəhbərliklərinə dəstək verəcəyik”.​

AR XİN-nin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini Zamin Əliyev bildirib ki, hazırda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 123 sənəd imzalanıb. Onun sözlərinə görə, əməkdaşlıq əlaqələrinin bütün sferalarını əhatə edən əlaqələrimiz gündən-günə genişlənir: Torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda formalaşmış yeni reallıqlar çərçivəsində nəqliyyat və kommunikasiya xətlərinin açılması istiqamətində işlər aparılır. Post münaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Qazaxıstan üçün yeni fürsətlər yaradır”.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvin Kərimzadə deyib ki,

iki ölkə arasında parlamentlərarası​ münasibətlə də yüksələn xətlə inkişaf edir və münasibətlərin inkişafına parlament öz töhfəsini verir.

Oxşar xəbərlər

‘Sarallar çetesi’ istintaqında məşhurların ifadələri alınıb

Sabina Uğur

Laçın dəhlizində tarazlığı hansı problem və çatışmazlıqlar pozur?

Sabina Uğur

Türkiyədən sonra Xorvatiya da etiraz etdi.

Sabina Uğur