Baş xəbərSiyasət

Azərbaycan hərbçilərinin mənəvi-psixoloji durumu “yüksək səviyyədə” – Müdafiə Nazirliyi (FOTO)

Azərbaycan müdafiə nazirinin tapşırığı ilə Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin zabit və dövlət qulluqçuları silahlı qüvvələrdə, xüsusilə işğaldan azad edilmiş rayonlarda yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirib. . Müdafiə Nazirliyindən  verilən məlumata görə, yeni təlim dövrünün başlanması ilə əlaqədar  görüşlərdə hərbi qulluqçuların xidmət və məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Bundan əlavə, İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin psixoloqları tərəfindən kadrların milli-mənəvi dəyərlərə sədaqət, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Hərbçilər dövlət rəhbərliyinin diqqət və qayğısını, bunun nəticəsində onların mənəvi-psixoloji durumunun yüksək səviyyədə olduğunu qeyd ediblər. Onlar da yeni tədris dövründə qarşıya qoyulan məqsədlərə çatacaqlarına əminliklərini bildiriblər.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi yayılan iddialarla bağlı rəsmi açıqlama verdi

Aynur Camal

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu