Siyasət

Daha İyirmi ölkə Ukraynaya hərbi yardım elan edib.

Bugün.tv xəbər verir ki, Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, 20 ölkə Kiyevə əlavə hərbi yardım göndərmək qərarına gəlib.
“Təxminən 20 ölkə yeni təhlükəsizlik yardımı elan edib. Bir çox ölkələr çox ehtiyac duyulan artilleriya sursatları tankları və digər zirehli texnikalar bağışlayır”.- deyə o, mətbuat konfransında bildirib. . O ,qeyd edib ki, digər ölkələr də Ukrayna hərbçilərinə təlim keçmək üçün yeni öhdəliklər götürüblər.

L.Ostin Çexiyaya, Ukraynaya atəşi dəstəkləyən vertolyotlar, tanklar və raket sistemlərini , Danimarkaya isə Harpoon gəmi əleyhinə raket qurğusunu və döyüş sursatını göndərmək qərarına görə təşəkkür edib. Pentaqon rəhbəri həmçinin İtaliya, Yunanıstan, Norveç və Polşanın Ukraynanın artilleriya təchizatına görə məmnunluğunu bildirib. L.Ostin Ukraynaya hərbi yardımın ötürülməsinində Böyük Britaniyanın rolunu xüsusi qeyd edib. Pentaqonun rəhbəri bəyan edib ki, “Ukraynanın müdafiəsi üzrə təmas qrupu”nun üçüncü iclası iyunun 15-də NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək. Qrupun ilk görüşü aprel ayında Almaniyanın Ramşteyn aviabazasında baş tutub.

Bugün TV

Oxşar xəbərlər

Çin niyə Şimali Koreyaya ehtiyac duyur? – Al Jazeera təhlili

Aynur Camal

“Netanyahu İran-ABŞ danışıqlarının dalana dirənməsinə nail olub”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiyanın Ermənistan siyasəti keçmişdə ilişib qalıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu