Baş xəbər

“Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Mətbuat gününə həsr olunmuş tədbir keçirib

Bu gün sözün günüdür.  Milli Əkinçimiz Həsən bəy Zərdabi 1875-ci ilin məhz bu günü Milli Mətbuatımızın toxumlarını səpdi.
Ötən zaman ərzində cücərib, boy atan bu sahə bu gün  ölkədə ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayır.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri, iş adamı Mürvət Həsənli Mətbuat günü münasibətilə jurnalistləri bir araya toplayıb. O, tədbirdə çıxış edərək dövlət qurumlarının fəaliyyətində  jurnalistikanın önəmindən danışıb, əlamətdar gün münasibətilə qələm sahiblərini təbrik edib.

Daha sonra söz  jurnalistlərə verilib. Çıxış edənlər Mürvət Həsənliyə jurnalistlərə olan diqqətindən dolayı təşəkkürlərini bildiriblər.


Tədbir şənlik proqramı ilə davam edib.
Milli Mətbuat günü münasibət ilə Bugün Tv bütün həmkarlarını təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayır!

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Avstraliya, ABŞ və Böyük Britaniya AUKUS nüvə sualtı qayıq planlarını təqdim etdi

Aynur Camal

Mərakeşdə zəlzələ ilə əlaqədar 3 günlük matəm elan edilib

Bugün TV

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu