25 C
Baku
27 İyul 2024, 5:05
Siyasət

Üç hərbi təyyarə daha vuruldu

Rus Qerbi

 

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus Su-27 qırıcısını və doqquz pilotsuz uçuş aparatını vurub.

Bu gün tv APA-ya istinadən xəbər verir ki : “Rusiya hava hücumundan müdafiə sistemləri “DXR”-in Sofiyevka yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini, habelə Ukraynanın 9 pilotsuz uçuş aparatını “DXR” və Xarkov vilayətinin müxtəlif yaşayış məntəqələri ərazilərində vurub”, deyə məlumatda qeyd olunub.

Rusiya MN-dən o da bildirilib ki, ötən sutka ərzində Rusiya aviasiyası Dnepropetrovsk və Xerson vilayətlərində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini havada vurub: “Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Dnepropetrovsk vilayətinin Şirokoye və Xerson vilayətinin Arxangelskoye yaşayış məntəqələri ərazilərində havada Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub”.

Nazirlikdən Ukrayna tərəfinin müharibə başlayandan indiyədək verdiyi hərbi itkilər barədə məlumat da açıqlanıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 224 təyyarə, 134 helikopter, 1400 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3859 tank və digər zirehli döyüş texnikası, 698 reaktiv yaylım atəşi sistemi, 3 059 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3 916 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

Könül Kərimova

Oxşar xəbərlər

Turqut Özalın oğlu prezidentliyə namizəd oldu

Nigar Məmmədova

2 kəşfiyyatçı “nəzarət altına” alındı

Aynur Camal

Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbin binası boşaldıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu