25 C
Baku
27 İyul 2024, 3:57
Baş xəbər

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığa məsul olan şöbəyə niyə LGBT üzvünü rəhbər təyin edib?

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində Əməkdaşlıq şöbəsinin rəhbəri olan LGBT üzvü, İtaliya vətəndaşı Laura Sesennanın öz cinsi partnyoru olan Peru vətəndaşı Pella Patricia ilə birgə Qax meşələrində azmaqları və Azərbaycan polisinin onları tapıb sağ-salamat qaldıqları otelə qaytarması barədə xəbər vermişdik. Saytımızda gedən məlumatlar haqqında bu yazının sonunda qoyulmuş linklərdən oxuya bilərsiz.

Bununla əlaqədar yeni maraqlı məlumat almışıq. Belə ki, bu hadisə haqqında saytımızda gedən xəbərlər istər Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), istərsə də, onların rəsmi partnyor təşkilatı olan yerli Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən diqqətlə izlənməkdədir.

Məlumat üçün bildirək ki, AzQAC BQXK-nın rəsmi, yerli partnyor təşkilatıdır və BQXK özünün müxtəlif layihələrində AzQAC-ın könüllülərindən istifadə edir. Qısaca olaraq onu da deyək ki, Laura Sesennanın BQXK-da rəhbərlik etdiyi Əməkdaşlıq şöbəsi, adından da göründüyü kimi, məhz elə BQXK-nın AzQAC ilə olan əlaqələrinin qurulmasına və inkişafına məsul olan şöbədir. Ona görə də, Laura Sesenna AzQAC-ın sıravı əməkdaşları və rəhbərliyi arasında, eləcə də, AzQAC-ın yüzlərlə könüllüləri tərəfindən tanınan şəxsdir. Sadəcə olaraq onun LGBT üzvü olması şəxsi məsələ olduğu üçün təşkilat tərəfindən geniş yayılmayıb.

Lakin, özünün rəhbər işçisinin LGBT üzvü olması faktının artıq geniş ictimaiyyətə bilinməsi BQXK üçün arzuolunan hal deyil. Çünki, Azərbaycan müsəlman çoxluğunun yaşadığı ölkədir və belə bir hal bizim mədəniyyətimizə, adən-ənənələrimizə tamamilə ziddir.

Xüsusilə də, Beynəlxalq Qızıl Xaç Komitəsinin tamamilə milli olan yerli partnyoru, tanınmış Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə məsul olan Əməkdaşlıq şöbəsinə, yerli reallıqları nəzərə almadan, LGBT üzvünün rəhbər təyin edilməsi bizim milli mədəniyyətimizə və adət-ənənələrimizə yumşaq desək uyğun deyil.

Bizə verilən məlumata görə, hər iki təşkilatda, istər BQXK-da, istərsə də AzQAC-da sıravi işçilərdən tutmuş rəhbərliyə qədər hər kəs bu xəbərləri həyacanla izləyir. Çünki bir çoxları belə bir faktın bilinməsinin bu təşkilatların uzunmüddətli və uğurlu əməkdaşlığına xələl gətirməsindən çox narahatdırlar.

Bekə ki, əvvəla Laura Sesennanın Azərbaycan polisini aldadaraq həm özünü, həm də öz rəsmi cinsi partnyorunu onlara yalandan əcnəbi turistlər kimi təqdim etməsi BQXK-nın əməkdaşları və rəhbərliyi üçün heç də başucalığı gətirən hal deyil. Çünki bu fakt üzə çıxdıqdan sonra BQXK-nın adının istər-istəməz bununla bağlı gedən xəbərlərdə hallanması onun əməkdaşlarını və rəhbərliyini ciddi şəkildə və haqlı olaraq narahat edir.

İkincisi isə, AzQAC-ın rəhbərliyinin, əməkdaşlarının və eləcə də, çoxsaylı könüllülərinin BQXK-nın özünün Azərbaycandakı yerli partnyoru olan milli cəmiyyətlə əməkdaşlığa məsul olan şöbəyə LGBT üzvünü rəhbər təyin etməsini öyrənmələrinin necə məyusedici təsir göstərməsini təsəvvür etmək çətin deyil.

Biz bu narahatçılığı anlayırıq, amma eyni zamanda da, müstəqil media orqanı olaraq öz işimizi görürük. Bundan sonra BQXK və AzQAC-ın fəaliyyətini daha yaxından izləyəcəyik və onların ölkəmizdəki fəaliyyətləri haqqında Azərbaycan ictimaiyyətini daha da, ətraflı tanış etməyə çalışacağıq.

Aldığımız məlumata görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin başçısı səlahiyyətlərini hal-hazırda Beata Skvarska adlı bir əcnəbi qadın icra edir. Bildiyimizə görə o milliyyətcə polyakdır və Polşa vətəndaşıdır. O əslində BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısının müavinidir. Sadəcə olaraq, nümayəndəliyin əvvəlki başçısının səlahiyyət müddəti bitdiyi üçün və yeni başçının hələ öz işinə başlamadığına görə, o müvəqqəti olaraq nümayəndəlik başçısının səlahiyyətlərini hal-hazırda rəsmi şəkildə icra edir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti isə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, hörmətli yazıçımız, şair və bəstəkar Novruz Aslanovdur.

BQXK-nın və AzQAC-ın məsələyə rəsmi münasibətini və eləcə də, xəbərlərimizdə adları çəkilən şəxslərin mövqelərini müstəqil media qurumu olaraq işıqlandırmağa hazırıq.

 

Bugün TV

Oxşar xəbərlər

Fevralın 07-də gözlənilən hava şəraiti

Aynur Camal

“Realmedia.az”ın baş redaktoru həbs edildi

Bugün TV

Masallı sakinindən narkotik vasitə aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu