27 C
Baku
23 Sentyabr 2026, 16:07
Baş xəbərDigər

Şəhidlər ölməz, vətən bölünməz!

Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhərində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə mövlud və anım günləri keçirilib.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəhrəmancasına vuruşaraq, həlak olan Mustafayev Nurlan Hamlet oğlunun, Ağakişiyev Nurlan Etibar oğlunun, Musayev Sahib Musa oğlunun igidliyindən söz açılıb, ruhları anılıb.

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Çıxış edən şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Abşeron rayon İcra Hakimiyyətinə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Sonda incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompazisiya təqdim edilib.

Aynur Camal

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu