Sosial

“Dəmir Yumruq” mükafatının təqdimetmə mərasimi baş tutub

Paytaxtdakı məkanlardan birində “Zümrüd-M” prodaction “Dəmir yumruq” mükafatını təqdim edib.

Bugün.tv-nin məlumatına görə  mükafat 22 iyul, Milli Mətbuatın yaranmasının 147 illiyinə həsr edilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zümrüd Güləliqızı və Şirin Hüseynovun aparıcılığı ilə baş tutan gecədə, Qarabağ qaziləri, sənət adamları, Beynəlxalq İnternet Media və Kommunikasiya Naşirləri Assosiasiyasının baş direktoru Serdar Akyol, eləcə də media nümayəndələrinə Prezidentimizin “Dəmir yumruq” mükafatı və hədiyyələr təqdim olunub.


Mərasimdə Azərbaycan Respublikanın Əməkdar incəsənət xadimi kinorejissor Ayaz Salayev, Əməkdar artist, prezident mükafatçısı Nahidə Orucova, Əməkdar artist Elşən Cəbrayılov və başqaları da  olub.

Qeyd edək ki, tədbirin <span;>sponsorları  arasında “Hell Energy”, “Dübrar” Təbii Miniral sular, “Patron” tumları, “Arena gold” Pakistan kosmetik məhsulları  yer alıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Günəşli tərəfə baxan mənzillərdə istidən necə qorunmaq olar? – Mütəxəssislərdən 10 məsləhət

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Qalan salatı ləzzətli Asiya üslublu omletə çevirmək mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu