22 C
Baku
Sentyabr 26, 2022
Baş xəbərDigər

“Jurnalistlərlə əməkdaşlığa hər zaman hazırıq”- video

Media Tədris Mərkəzinin rəhbəri Elnarə Dərziyeva və Abşeron rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Samirə Qafarova

Milli Mətbuatımızın 147-ci ildönümü ilə bağlı Media Tədris Mərkəzində görüş təşkil olunub. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Samirə Qafarova çıxış edərək gələcəkdə Media Tədris Mərkəzinin yetirmələri ilə sıx əməkdaşlıq etməyə hər zaman hazır olduqlarını deyib.

Digər kulub müdirləri isə kənd və qəsəbə ərazilərindəki tarixi abidələr, turizm potensialı olan məkanlarla bağlı tələbələrə məlumat veriblər. Adı çəkilən kənd və qəsəblərdəki qədim yaşayış yerləri və adət-ənənləri ilə bağlı araşdırma aparmaq istəyən gənc jurnalistlərə hər zaman dəstək olacaqlarını vurğulayıblar.

Sonda Abşeron rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Samirə Qafarova Qobu, Mehdiabad, Novxan, Fatmayı, Ceyranbatan qəsəbələrinin sənətkarlıq, diyarşünaslıq klublarının rəhbərləri 22 iyul Milli Mətbuat günü ilə bağlı MTM-in müəllim və tələbə heyətini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Oxşar xəbərlər

Bakıda TEKNOFEST festivalı keçirilir.

Sabina Uğur

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb

Aynur Camal

Azərbaycanlı idmançı: “Şuşada Qarabağın azadlığını yaşadım, hiss etdim” – FOTO

Aynur Camal