25 C
Baku
27 İyul 2024, 4:12
Baş xəbərİqtisadiyyat

Logistika şirkəti Azərbaycanla bağlı layihə hazırlayıb

Logistika “Rhenus Logistics” şirkətinin baş direktoru Tobias Bars bildirilib ki, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə bağlı ümumi layihə hazırlayıb.

Xatırladaq ki, “Rhenus Logistics” Almaniyanın Avropa, Asiya və Cənubi Amerikada fəaliyyət göstərən məşhur logistika şirkətidir

“Türkiyə iqtisadiyyatının gələcəyini görürük, çünki o, maraqlı istehsal və ticarət bazarıdır, həm də digər təchizat zəncirlərinin mərkəzindədir. Qazaxıstan, Azərbaycan, Gürcüstanı Türkiyə ilə birləşdirməyi nəzərdə tuturuq. Türkiyə dəniz və ya quru daşımaları üçün ən uyğun yerdir. Türkiyə coğrafi baxımdan uyğun mövqedədir, məhsuldarlıq və istehsal baxımından güclü və yüksək ixtisaslı işçi qüvvəsi mövcuddur”, – Tobias Bars vurğulayıb

“Rhenus Logistics”in baş direktoru deyib ki, Türkiyəni tədarük zəncirinin mərkəzi olaraq görürük və məsafə baxımından yaxın istehsal mərkəzləri, yüksək səviyyəli logistikanın mövcudluğu getdikcə daha çox əhəmiyyət kəsb etdiyi üçün Türkiyəyə böyük sərmayə qoyuruq.

Qeyd edək ki, logistika sənayesində 1912-ci ildə əsası qoyulan “Rhenus Logistics” ailə şirkəti 52 ölkədə fəaliyyət göstərir. Təxminən 40 min işçisi olan şirkət 2021-ci ildə 7 milyard avro gəlir əldə edib. Bu il “Rhenus Logistics”in ticarət dövriyyəsinin 8 milyard avro olacağı proqnozlaşdırılır.

Aynur Camal

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Kəmalə Sultan

İlk dəfə buz üstə xokey

Aynur Camal

Novruz şənliyində terror təbliğatı edən 36 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu