25 C
Baku
27 İyul 2024, 7:03
Baş xəbərSosial

Tiktokda paylaşım edən hərbçilər ordu sıralarından çıxarıldı – FOTO – RƏSMİ

Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçular ordu sıralarından çıxarılıb.

 Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçularla bağlı Müdafiə Nazirliyindən bildirilib:

“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir.

Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir”.

Aynur Camal

Oxşar xəbərlər

Qırmızı bülletenlə axtarılan 2 adam tutuldu

Bugün TV

Foça çimərliklərində meduza istilası

İntizar Əmirova

DİN-in təşəbbüsü ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda konfrans keçirilib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu