Siyasət

Türkiyə sanksiyaların ləğvini tələb edir

Bugün.tv RİA Novosti -ə istinadən xəbər verir ki, Türkiyə İsveç və Finlandiyanın NATO -ya qoşulmasını dəstəkləməsi qarşılığında F-35 qırıcılarının tədarükünün təsdiqlənməsi, həmçinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın sanksiyalarının ləğvin tələb edir.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük cəhdlərini dəstəkləmək müqabilində heç bir konkret tələb irəli sürməyib.
Bildirilir ki, Türkiyə həmçinin ABŞ -dan onlarla F-16 qırıcı təyyarələri satın almaq , sahib olduqlarını təkmilləşdirmək istəyir.
Ankara həmçinin Stokholm və Helsinkidən 2019-cu ildə digər Avropa İttifaqı üzvləri ilə birlikdə ona tətbiq etdikləri silah ixracına qoyulan məhdudiyyətlərin də aradan qaldırmasını istəyir. Bundan əlavə, İsveç və Finlandiyadan təkcə Kürdüstan Fəhlə Partiyasını deyil, onunla əlaqəli təşkilatları da açıq şəkildə qınamağı tələb edir.

Bugün TV

Oxşar xəbərlər

6 bank və 6 tankerə yeni sanksiyalar

Aynur Camal

Rusiyada benzin qıtlığı və qiymət artımı davam edir

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu