Siyasət

Fransanın baş naziri istefa verdi – YENİLƏNİB

Fransanın baş naziri Jan Kasteks hökumətin istefasını prezident Emmanuel Makrona təqdim edib.
Bugün.TV bu barədə “HaberTürk”ə istinadən xəbər verir.Yelisey Sarayından verilən açıqlamada Kasteksin özünün və hökumətinin istefasını Makrona təqdim etdiyi və istefasının qəbul edildiyi bildirilib. Yeni baş nazirin adının yaxın saatlarda açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Kasteks 3 iyul 2020-ci il tarixindən baş nazir postunda fəaliyyətə başlamışdı.

Məlumata görə keçmiş əmək naziri Elizabet Borne Fransanın yeni baş naziri olacaq

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

D. Tramp V. Putinlə ticarət müqaviləsi bağladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu