Siyasət

Almaniya NATO-nu münaqişə tərəfi etməyəcək

Almaniya kansleri Olaf Şolts Bundestaqda  çıxışı zamanı bildirib  ki, Almaniya NATO-nu Ukraynadakı münaqişənin tərəfinə çevirəcək addımlar atmayacaq. O, “Almaniyanın fərdi addımlar atmayacağını” vurğulayıb.
Bu barədə Bugün.Tv Tass-a istinadən xəbər verir.

“Biz NATO-nu müharibənin tərəfinə çevirəcək heç nə etməyəcəyik”, – kansler əlavə edib. O bir daha vurğulayıb ki, “Rusiya qalib gəlməməlidir”

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin sorğusuna cavab olaraq fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Rusiya lideri vurğulayıb ki, Moskvanın Ukrayna ərazilərini işğal etmək planı yoxdur və məqsəd ölkəni demilitarizasiya və denazifikasiya etməkdir. Bu addımdan sonra Qərb Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdi.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Paşinyan yalan məlumatlar verməyə davam edir

Nigar Məmmədova

Şehbaz Şərif Pakistanın yeni baş naziri seçildi — PTV News

Bugün TV

Avropa İttifaqının müdafiə nazirləri Ukrayna və Afrika gündəmini müzakirə etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu