Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bugün.tv-ə verdiyi məlumata görə, AQAC- ın İdarəetmə Şurasının üzvü (22 il ), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinin müşaviri, Tibbi üzrə fəlsəfə doktoru Nazim Məcid oğlu Məcidov ömrünün 62-ci ilində vəfat edib.
N.Məcidov müxtəlif illərdə ayrı-ayrı tibb müəssisələrində çalışıb.
Uzun müddət Bakı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışaraq, Bulvarın inkişafına öz töhfəsini verib. “Bakı bulvarı” haqqında yazılmış ilk mahnı mətininin müəllifi olub.
N.Məcidov daim xeyirxahlığı, alicənablığı, sadəliyi, səmimiliyi ilə seçilib. Dəyərli ziyalı, alim, həkim, ictimai xadim kimi daim fərqlənib.
O, hər kəsə gözəl, mehriban ailə başçısı, sədaqətli, etibarlı dost kimi nümunə idi.
22 il ərzində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafına öz əməli töhfələrini verib.
Səmərəli fəaliyyətinə görə respublika rəhbərliyi, eləcə də, Azərbaycan Qızıl Ayapara Cəmiyyəti tərəfindən yüksək mükafatlara layiq görülüb.
Bu nurlu şəxsiyyətin parlaq xatirəsi daim onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Ruhu şad olsun. Allah rəhmət eləsin.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri