25 C
Baku
27 İyul 2024, 3:49
Mədəniyyət

Gördüklərim…

Bir neçə gün öncə şəhəri gəzməyə çıxmışdım. Qəribə hadisəyə rast gəldim. Onlarla kişili-arvadlı şalvarının kəmərlərini çıxarıb, bir əlləri şalvarında növbəyə dayanıblar. Yaxınlaşıb soruşdum ki, niyə şalvarınızın kəmərini çıxarıb novbəyə dayanmısınız? Mənə dedilər ki, hər dəfə qiymətlər qalxanda bura gəlib kəmərimizə yeni deşik acdırırıq. Nə qədər ki, adam azdır gəl səndə növbəyə dur, bir azdan basabas olacaq. Şalvarımın kəmərini çıxartdım, şalvarımı əlimlə tutdum ki, düşməsin. Bir azdan adam çoxaldı, iynə atsan yerə düşməzdi. Hamı bir əlində şalvarı, bir əlində kəməri növbəyə dayanmışdılar. Basbas düşdü, az qaldı şalvarım düşsün, yaxşı qurtardım. Növbəm çatdı, kəmərimə deşyik açdırdım, kəmərimi bağlayıb yoluma davam etdim. Qarşıma dilənçi çıxdı. Əlimi cibimə saldım, xırda pulum yox idi. Dedim bağışla xırdam yoxdur, dedi ver xırdalayım. Dilənçinin sözü məni yaman tutdu. Onluğu verdim, doqquz man qaytarıb, bir manatlıq dua etdi. Dilənçidən ayrılıb, yoluma davam etdim. Xəstəxananın qabağından kecəndə, iri hərflərlə yazılmışdı “Xoş gəlmisiniz”. Belə bir yazıya ruhu xəstəxananın qarşısında da rast gəlmişdim. Xoş gəlmişsiniz gözumuz ustə yeriniz var. Yolumu parkdan saldım. Yaşlılar nərd oynayırdılar, bir iki metr aralıda cavanlar öpüşürdülər. Oyunçulardan biri şeş qoşa atıb, hündürdən qışqırdı ki, cavanlar eşitsin: şeş qoşa! Öpüşün çıxmasın boşa! Ətrafdakılar gülüşdülər. Cavanlar onlara məhəl qoymayıb, öz işlərində idilər. Mən yolumu Torqovlidən saldım. Turist əlindən tərpənmək mümkün deyildi. Bir qız ərəblə mübahisə edirdi. Qız ona deyirdi ki, mən sənin dördüncü arvadın olmaq istəmirəm. Ərəb deyirdi ki, sən mənim Bakıda birinci və axırıncı arvadımsan. Yoluma davam etmək istəyirdim ki, uşaqla atanın söhbətini eşitdim. Ata, biz dərsə gecikəndə müəllim jurnala qaib yazır. Bəs müəllim gecikəndə biz qaibi hara yazaq?

– Direktorun ovcuna.

Məni gülmək tutdu. Mən özüm məktəb direktoru işləyirəm. Onlardan bir az aralanmışdım, qabağıma bir dəstə şalvarı cırıq qızlar çıxdı. Bir nəfər kişi təəccüblə qızların cırıq şalvarına baxırdı. Yaxınlaşıb ondan soruşdum ki, bilirsən itlər bu qızları niyə tutmurlar? İtlər elə bilirlər ki, onları bir dəfə tutublar. Kişinin dodağı qaçdı. Mən yoluma davam etdim, şəhər yaman dəyişmişdi. İcəri Şəhərin manqal tüstüsü, bayır şəhərin İrandan qeyri- qanuni yolla gətirlmiş nəşə tüstüsündən bogulmasaq yaxşıdır.

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“”Ağ ölüm”- Narkotikə YOX deyək!” – Film təqdimatı

Nigar Məmmədova

Eurovision təmsilçisi səhnədə yıxıldı.

Şükufə Ramizqızı

Muzeydəki eksponatlar necə qorunur ?

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu