Baş xəbərDünya

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Bakıda xatirə kitabı açılıb

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar xatirə kitabı açılıb.

Bu barədə  Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Kraliça II Elizabetin ölümü ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin inzibati binası və səfirin iqamətgahında dövlət bayrağı endirilib. Eyni zamanda, Kraliçanın ölümü ilə bağlı öz ürək sözlərini yazmaq istəyənlər üçün xatirə kitabı açılıb. Dünyanın müxtəlif ölkələrində yaşayan və öz hisslərini bölüşmək istəyən şəxslər isə ürək sözlərini onlayn açılan xatirə kitabında yaza bilərlər”, – səfirlikdən bildiriblər.

Xatırladaq ki, sentyabrın 8-də Böyük Britaniya tarixində ən uzun müddət taxtda olan Kraliça II Elizabet 96 yaşında vəfat edib. Böyük Britaniyanın yeni kralı 73 yaşlı şahzadə Çarlz olub.

Bugün.tv

Aynur Camal

Oxşar xəbərlər

BMT Qərb ölkələrini Əfqanıstanla əlaqələri bərpa etməyə çağırıb

Aynur Camal

Dünya Kubokunda dörddəbir finalın bütün iştirakçıları müəyyənləşdi

Aynur Camal

Sudanda doğum evləri yenidən fəaliyyətə başlayır: müharibədən sonra analar üçün ümid işığı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu