Siyasət

Lavrova ‘hava məkanı’ qadağası

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Serbiya səfəri Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanını bağlamaq qərarına görə ləğv edilib.

Bugün.tv bu barədə xarici mətbuata istinadən xəbər verir. Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofaona Bolqarıstanın Lavrovun Serbiyaya uçuşu üçün hava məkanını bağlamaq qərarına gəldiyini açıqlayıb. Bolqarıstandan gələn bu xəbərdən sonra Monteneqro Xarici İşlər Nazirliyindəki mənbələr hava məkanını bağlamaq qərarına gəldiklərini ictimaiyyətlə bölüşdülər. Şimali Makedoniyanın da bu istiqamətdə qərar verdikdən sonra, rəsmi səfər ləğv edilib.

Serbiya tərəfi Lavrovun səfərinin hava məhdudiyyətlərinə görə ləğv edildiyini açıqlayıb.
Serbiya tərəfinin ləğv olunduğunu elan etdiyi səfərlə bağlı Moskvadan hələlik rəsmi açıqlama daxil olmayıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Tramp İranın Xark adasının “dağıdıldığını” iddia edib – ABŞ bunu təsdiqləməyib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu