Siyasət

Putin yeni fərman imzalayıb

Rusiya “dost olmayan” xarici ölkələrə bildirib ki, onlar qazın pulunu rublla ödəməyə başlasınlar, əks halda qaz tədarükünü kəsəcək. Vladimir Putin   alıcıların “Rusiya banklarında rubl hesabları açması” barədə fərman imzalayıb.

Bugün.tv  bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
“Heç kim bizə pulsuz heç nə satmır, biz də xeyriyyəçilik etmək fikrində deyilik – yəni mövcud müqavilələr dayandırılacaq”, – Rusiya prezidenti bildirib. Cənab Putinin tələbi Qərbin sanksiyalarından əziyyət çəkən rublun məzənnəsini artırmaq cəhdi kimi qiymətləndirilir. Onun fərmanı o deməkdir ki, Rusiya qazının xarici alıcıları Rusiyanın “Qazprombank”ında hesab açıb, ona avro və ya ABŞ dolları köçürməlidirlər. 

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Aynur Camal

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu