25 C
Baku
27 İyul 2024, 4:13
Baş xəbərİdman

“Qarabağ”ın oyunu ölkənin ən böyük ekranında

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində oyunlara başlayır. Oyun tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə keçməyə bir az qalan Qurban Qurbanovun komandası səfərdə Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq.

Bugün.tv Mediapress.az.-a istinadən xəbər verir ki, “Qarabağ” bu mövsüm avrokubok kampaniyası çərçivəsində çox sayda parlaq qələbələr qazandı – ağdamlılar Polşa, İsveçrə və Macarıstan çempionlarını məğlub etdi və Çexiya “Viktoriya”sı ilə də eyni uğura imza atmağa bir addımda idilər.

Buna baxmayaraq, “Qarabağ” oyunlarına maraq yüksək səviyyədədir, məhz buna görə Avropa Liqasının qrup mərhələsinin ilk turu, “Frayburq”la oyunu ölkənin ən böyük ekranında – Park Cinema Flame Tower kinoteatrının IMAX zalında canlı izləmək imkanı yaradılıb.

Yeri gəlmişkən, “Park Cinema” üçün bu, Ağdam komandasının oyunlarının nümayişi ilə bağlı ilk təcrübə deyil – bundan əvvəl “Qarabağ”ın “Viktoriya”ya qarşı oyunları da IMAX zalında nümayiş etdirilib, hətta kinoteatırda kiçik fan-zona da hazırlanıb. Xatırladaq ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Biletləri kinoteatrın kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərsiniz.

Aynur Camal

Oxşar xəbərlər

Turkish Airlines “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırdı

İntizar Əmirova

“Ümummilli Lider daim dövlət dili uğrunda mübarizə aparıb”

Nigar Məmmədova

“Gəlin, əlilliyi olan qadınlarımıza birlikdə dəstək göstərək” – MƏHLUQƏ RƏHİMOVA ÇAĞIRIŞ ETDİ

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu