Baş xəbərSosial

İsraildəki soydaşımız beynəlxalq mərkəzin nümayəndəsi seçilib

İsrailin Kiryat-Yam şəhərində fəaliyyət göstərən “Dünya gözəldir” Qafqaz Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmailov həyat naminə “Dünya Xalqları Alyansı” Beynəlxalq çoxprofilli innovasiya mərkəzinin nümayəndəsi seçilib.

Qeyd edək ki, onun rəhbərlik etdiyi klub İsraildə dağ yəhudilərinin mini-muzeyinə çevrilib. İsraildə Azərbaycan həqiqətlərinin təbliğ edilməsi, yerli və dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ben Sion Şmailov böyük fəallıq göstərən diaspor fəallarımızdan biridir.

“Dünya Xalqları Alyansı” bütün dünyada sülhü, harmoniyanı və yüksək bəşəri idealları qorumaq, ləyaqətli həyat tərzini təbliğ etmək məqsədinə xidmət edir.

Şərh yazın