25 C
Baku
27 İyul 2024, 4:59
Mədəniyyət

Tələ-Təbdil

Siçanın əlindən zara gələn ferma müdüri tələ qurdu. Bunu görən siçan, tez qaçıb toyuğa, qoyuna, inəyə xəbər verdi. Onlar sıçanı məsxərəyə qoyub, güldülər. Qoyun danışmaq istəyirdi ki, inək onun sözünü kəsdi:

– Ay siçan, tələdən bizə nə? Toyuğun, qoyunun, inəyin tələyə düşdüyünü nə vaxtsa görmüsən? Ferma müdiri sənin əlindən boğaza yığılıb, gündə nə qədər buğda yemək olar?!

– Siz məndən çox yeyirsiz.

– Bizim ferma müdirinə xeyrimiz dəyir, sənin nə xeyrin deyir? Yediyini yeyirsən, dağıtdığını dağıdırsan. Siçan bəy, ehtiyatlı ol, tələyə duşməyəsən.

Çox keçmədi, heç kimin gözləmədiyi bir anda tələyə ilan düşdü. Quyruğunun yarısını tələdə qoyub, sürünən ilanın qarşısına ferma müdürının arvadı çıxdı. İlan ferma müdirinin acığını arvadından çıxıb, onu sancdı. Aləm dəydi bir birinə. Ferma müdiri tez toyuğu kəsib, şorba bişitdirib, arvadına verdi. Kənd əhli bu xəbəri eşidib xəstəyə baş cəkmyə gəldilər. Ferma mudüri gələn qonaqları yedirtmək üçün qoyunu kəsdi. Çox təəssüf ki, üç gündən sonra ferma müdirinin arvadi dünyasını dəyişdi. Müdir həyətdə olan inəyi kəsib, ehsan verdi. Bu vaxta qədər bu hadisələri divarın deşiyindən izləyən siçan bütün baş verənlərin heç kimə, heç nəyə aidiyyatı olmadığını fikirləşdi.

Çox təəsüf ki, bir-birilə sıx əlaqəsi olan hadisələri görmürük. Unutmayın ki, ətrafmızda baş verən hadisələr birdaşa olmasa da,dolayısı yolla gec- tez başımıza gəlir.

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Dramaturq Cəfər Cabbarlının anadan olmasından 124 il keçir

Kəmalə Sultan

Gəl, ulduzun parlasın!

Aynur Camal

“Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu