15 C
Baku
30 Aprel 2026, 16:25
Sosial

Tərtərdə aksiya keçirilir

Tərtərdə Tibbi Səyyar Müayinə aksiyası keçirilir.

“Bugün.tv”nin məlumatına görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Bakı Sağlamlıq Mərkəzinin, Mərhəmətli Ürək Asosasiyasının və Servier şirkətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Şəhid və qazi ailələri, aztəminatlı ailələr üçün Tibbi Səyyar Müayinə aksiyası keçirilməyə başlanıb. Aksiya 18-19 iyun tarixlərini əhatə edəcəkdir.

Aksiya ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Mərkəzi Xəstəxanaya gedərək aksiyanın keçirilməsi üçün yaradılan şəraitlə tanış olub. Rayon rəhbəri bildirib ki, aksiya bölgədə yaşayan sakinlərin qayğı ilə əhatə olunması, yerli əhali arasında proflaktiki müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədini daşıyır. Müayinə zamanı xəstəliklər vaxtında aşkara çıxarılır, düzgün diaqnoz qoyulur və müalicə təyin olunur. İcra başçısı bu gür aksiyaların Tərtər rayonunda keçirilməsini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına və əziyyəti olan hər kəsə razılığını bildirib. Müainəyə gələn Şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək onlarla səmimi söhbət edib.

Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələr onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu