27 C
Baku
27 İyul 2024, 3:42
Siyasət

Türkiyə Hərbi Hava Qüvvələri və NATO əməliyyat qrupu birgə təlimlər keçirib .


Bugün.tv “Wall StreetJournal” a istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri NATO-nun Yüksək Hazırlıqlı Əməliyyat Qrupu və F-16 qırıcılarının iştirakı ilə təlim keçirib. “Wall Street Journal”ın daha əvvəl verdiyi xəbərə görə, Türkiyə Konqresə F-16 qırıcı təyyarələri parkı üçün, 400 milyon dollarlıq raket və radar sorğusu təqdim edib.

ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi. Dövlətlər F-35 layihəsində qalan yeddi tərəfdaşla – Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə imzalayaraq, Türkiyə ilə F-35 ilə bağlı ortaq memorandumu ləğv etdilər.

Bugün TV

Oxşar xəbərlər

Tramp Baydeni ABŞ üçün təhlükə adlandırdı

Kəmalə Sultan

“Ukraynanın NATO-ya daxil olması Rusiya ilə müharibəyə gətirib çıxaracaq”

Teymur Əziz

Ərdoğan: “Biz Ukrayna və Rusiya arasında sülhün bərqərar olmasının tərəfdarıyıq”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu