21 C
Baku
8 Oktyabr 2024, 3:48
Dünya

Türkiyə istəyinə nail oldu

NATO-nun Baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə NATO dövlətlərinin dövlət başçıları və baş nazirləri İspaniya paytaxtı Madriddə  bir araya gəlib.Məqsəd  Türkiyə, İsveç və Finlandiya  arasındakı münasibətləri normallaşdırmaq olub. Görüş çərçivəsində tərəflər arasında  mühüm razılaşma əldə olunub və memorandum imzalanıb.
8 maddəlik Memorandumu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın XİN başçısı Pekka Haavisto və İsveçin baş diplomatı Ann Linde imzalayıblar. Bu sənədlə Skandinaviya ölkələrindən Türkiyənin istəklərinin təmin olunmasına dair müsbət cavab alınıb.
Ehtiyatda olan Türk generalı Yücel Karauz Türkiyənin siyasi arenadakı bu qələbəsi ilə bağlı açıqlama verib.

Y. Karauz qeyd edib ki, memorandumun  dördüncü məsələsi Türkiyə üçün xüsusilə əhəmiyyətlidir.
8 maddəlik Memorandumun 4-cü bəndində isə deyilir:
“Gələcək NATO müttəfiqləri olaraq Finlandiya və İsveç Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstəkləyir. Bu çərçivədə Finlandiya və İsveç PYD/YPG və Türkiyədə FETÖ olaraq tanınan terror təşkilatına dəstək verməyəcək. Türkiyə həmçinin Finlandiya və İsveçə milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verir. Finlandiya və İsveç terrorizmi bütün forma və təzahürlərində qəti şəkildə rədd edir və pisləyir. Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, Türkiyə və həlak olanların ailələri ilə dərin həmrəylik hisslərini bildirirlər”.

Bügun.tv Yücül Karauzun sözügedən müsahibəsini təqdim edir.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Rusiyadan Telegram sahibi Pavel Durov üçün əlamətdar addım: Fransaya nota verildi!

Aynur Camal

“Silah tədarükünə cavab daha güclü ola bilər”

Aynur Camal

İsrail çərşənbə gecəsinə qədər Həmas-ın atəşkəslə bağlı cavabını gözləyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu