24 C
Baku
11 İyul 2025, 0:39
Siyasət

Türkiyə Rusiya münasibətlərinin kəsilməsi mümkünsüzdür.

Bugün.tv xəbər verir ki , bunu Amerikanın “The National Interest” jurnalının köşə yazarı Robert Ellis deyib. O bildirib ki Türkiyə və Rusiya arasında çox sıx ticarət əlaqələri var və bu səbəbdən Türkiyə Rusiya ilə əməkdaşlıqdan imtina edə bilməz.

Onun sözlərinə görə, Ankara qaz tədarükü və Akkuyu AES-in tikintisində Moskvadan çox asılıdır. Bundan əlavə, Türkiyə hakimiyyəti rus turistlərin sayəsində rekord turizm mövsümünə də ümid edir. Belə ki, Türk Hava Yolları qarşıdan gələn mövsüm üçün Rusiya Federasiyasından gələn turistlər üçün 1,5 milyon yer ayırıb.
Buna görə də, Ellis hesab edir ki, Ankara heç bir halda “qayığı yelləməyəcək”.

Xatırladaq ki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna-Rusiya böhranı səbəbindən Türkiyədə Rusiyalı turistlərə neqativ münasibətdən söhbət gedə bilməz.

Bugün TV

Oxşar xəbərlər

Peskov: “NATO və ABŞ dolayısı ilə münaqişədə iştirak edirlər”

Nigar Məmmədova

Azərbaycanda COVID-19 vaksininin vurulan dozalarının sayı açıqlanıb

Bugün TV

Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq ediləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu