18 C
Baku
Oktyabr 7, 2022
Müsahibə

Ukraynada yaşayan azərbaycanlı diplomat müharibədən danışıb

Müsahibimiz  Hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi,  “Odessa hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli mülkiyyət və hüquq  İnstitutunun Konstitusiya, Beynəlxalq hüquq və ictimai hüquq fənləri kafedrasının professoru,  “Ukrayna Azərbaycanlıları Alimlər şurası” İctimai Təşkilatının rəhbəri, diplomat Arif Quliyevdir.

Məlum hadisələrin yaratdığı zərurətdən dolayı Azərbaycanda olan diplomat  Bugün.tv-yə Ukraynada baş verənlər haqda danışıb:

“Bu müharibənin dövlətlə heç bir əlaqəsi yoxdur. Bu Ukrayna ərazisində  Rusiya və Qərbin müharibəsidir. Yerli xalqın 30%-ni ruslar təşkil edir. Həm Rusiya, həm də Ukrayna slavyan ailəsinin nümayəndələridir. Bu baxımdan belə bir münaqişənin yaranması xoş deyil. Ona görə də  günahkar Allahın cəzası ilə cəzalanmalıdır. Çox təəssüf,  dünya liderləri Diplomatiyanın gücünü lazımınca qiymətləndirmirlər… Öz maraqlarını daha dəyərli bilirlər.
Məlumata görə, müharibə başlayana qədər 2014-cü ildən bəri  Ukraynada 15 000-dən çox dinc sakin həlak olub. İndiki rəqəmlər haqqında açıqlamalar daha da ürəkağrıdandır…
Hazırda Xarkovda və digər bölgələrdə baş verənləri vaxtilə Azərbaycanda  yaşananlarla eyniləşdirmək olar.  Ukrayna Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini son illər Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsindən  sonra yəqin ki, daha  dərindən dərk edir…”

Qarabağdaki erməni separatizminə toxunan diplomat terrorizmlə bağlı bunları dedi: “2012-ci ildə “Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli hüquqi təhlili” haqqında dissertasiya müdafiə etmişəm. Bu mövzunu götürəndə elmi məsləhətçim dedi ki, səni bu mövzu ilə bağlı birmənalı şəkildə dəstəkləyə bilmərəm.

Məsləhətçim dedi ki, bir şərtlə razılıq verə bilərəm ki, Azərbaycana gedib bəzi faktları şəxsən özüm görməliyəm”.

Hətta məqalələrimdən Ermənistanın adının  çıxarılmasını, bunun müqabilində mənə xüsusi diqqət  göstərəcəklərini təklif etdilər. Dəfələrlə məqalələrimin adının dəyişdirilməsi tövsiyə olunub, amma mən bu fikirlərlə razılaşmamışam”.

Azərbaycan Respublikası Xarici işlər və Milli təhlükəsizlik nazirliklərinin müvafiq razılıqları ilə Hüquq elmləri doktoru adı almaq üçün elmi işini Elmi məsləhətçisi tərəfindən birmənalı öyrənilib dəstəklənməsi ilə əlaqədar  onunla birlikdə Azərbaycana gələn Arif Quliyev Şəhidlər Xiyabanı, qaçqın ailələri, Prezident Administrasiyası və Milli Məclisdə olublar. Daha sonra Qubaya gedib 1918-ci il soyqırımı abidəsini ziyarət ediblər. Bundan sonra elmi işinin davam etdirilməsində, öz fikirləri ilə məqalə və elmi işinin yazılması üçün tam razılıq ala bilir.

44 günlük Post müharibə dövründə Xalqımızın, Ordumuzun, Ali Baş komandanımız-Prezidentimizin yekdilliyi ilə Azərbaycan öz ərazilərinin 30 illik işğalı ilə bağlı BMT Təhlükəsizlik şurasının 4 Qətnaməsini  yerinə yetirməklə Beynəlxalq hüquqa dəstək verən əməli fəaliyyətini və  Qarabağda gedən quruculuq işlərini yüksək qiymətləndirən Arif Quliyev qeyd etdi ki,   Azərbaycan dəyərləri  dünya ictimaiyyətinə layiqli nümunə olmalıdır…

Sonda diplomat, professor tezliklə Ukraynada sülhün bərqərar olacağına və qayıdıb tələbələrlə əvvəlki kimi dərs deyəcəyinə inandığını bildirib.

Oxşar xəbərlər

“Bir günlük bəy axtarışı”

Aynur Camal

Hərbi ekspertlər cəbhədə baş verənlərə aydınlıq gəirdi

Aynur Camal

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyevin antibiotik haqqında məsləhəti

Aynur Camal