Baş xəbərDünya

Yunanıstan Egeydə gəmiyə atəş açıb

Sahil Mühafizə Komandanlığı, Çanaqqalanın Bozcaadasında azərbaycanlılarla birgə18 nəfərin də olduğu – “Anatolian” adlı Ro-Ro gəmisinə  Yunanıstan Sahil Mühafizəsinin  təcavüz atəşi açdığını bildirib.

Bugün.tv İhlas agentliyinə istinadən xəbər verir ki, Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra  hər hansı itki və yaralananların olmadığı müəyyən edilib.

Gəminin heyətində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi Türkiyənin iki Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.

video

Aynur Camal

Oxşar xəbərlər

Məhluqə Rəhimova: Məktəb — qadın hüquqlarının, elmin və dünyəvi təhsilin məkanı

Aynur Camal

Məhluqə Rəhimova: Məktəb dini mübahisələrin deyil, elmin və milli gələcəyin məkanıdır

Aynur Camal

Sağlam qidalanmaq üçün bahalı məhsullar almağa ehtiyac yoxdur: mütəxəssisdən büdcəyə uyğun menyu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu