23 C
Baku
19 İyul 2025, 2:53
Kriminal

19 yaşlı gənc naməlum şəraitdə qətlə yetirilib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

  • Belə ki, Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
    Cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
    Hazırda cinayət işi üzrə istintaq davam edir.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Narkotikanın təsir altında avtomobil idarə edən şəxs saxlanıldı

Aynur Camal

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitə aşkarlandı

Kəmalə Sultan

Ölkəyə 29 kiloqram narkotik maddə gətirən “balıqçı” saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu