Prokurorluqdan verilən məlumata görə, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynov göstərilən ərazidə minalardan təmizləmə işləri apararkən piyada əleyhinə mina tərəfindən partladılıblar. Nəticədə Şükürov və Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanada Hüseynovun sağ ayağı amputasiya edilib.
Prokurorlar tərəfindən hadisə yerinə baxış keçirilib. Məhkəmə-tibbi ekspertizası təyin və digər prosessual hərəkətlər həyata keçirilib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.