18 C
Baku
Oktyabr 7, 2022
Baş xəbərDigər

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində nə baş verir?

Bu ilin iyul ayının 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyində rəhbər vəzifədə çalışan, daha dəqiqi, BQXK-nın Əməkdaşlıq şöbəsinə rəhbərlik edən, LGBT üzvü, İtaliya vətəndaşı Laura Sesennanın öz cinsi partnyoru, Peru vətəndaşı Pella Patricia ilə birgə Qax meşələrində azmaqları və Azərbaycan polisinin onları tapıb sağ-salamat qaldıqları otelə qaytarması barədə xəbər vermişdik.

Onu da qeyd etmişdik ki, Laura Sesenna onları xilas edən Azərbaycan polisinə özünü və cinsi partnyorunu əcnəbi turistlər kimi təqdim etmişdir və bununla da rəsmi dövlət orqanına yalan məlumat vermişdir.

BQXK-ın özünün daxilində gedən bəzi proseslər barədə də məlumat almışıq. Əsasən kadr məsələləri ilə bağlı problemlər, idarəetmədə qüsurlar, xarici işçilərin qruplaşmaları, yerli heyətə qarşı olan haqsızlıqlar və bu kimi neqativ hallar haqqında bizə müxtəlif məlumatlar daxil olur. Eləcə də BQXK barəsində Azərbaycanın müxtəlif dövlət strukturlarına şikayətlərin olması, hətta məhkəmə çəkişmələri barədə söz-söhbətlər dolaşmaqdadır.

Bütün bu aldığımız xəbərlərin nə dərəcədə doğru olub-olmamasını dəqiqləşdiririk. Onlar tam olaraq öz təsdiqini tapdıqdan sonra bu haqda oxuculara ətraflı məlumat verəcəyik.

Bir şeyi dəqiqliklə söyləyə bilərik ki, bütün bu problemlər BQXK-nın Azərbaycandakı nümayəndəliyinin keçmiş başçısı Ariane Bauerin vaxtından miras qalıb. O bu yaxınlarda BQXK-nın Avrasia direktoru vəzifəsinə təyin olunduğu üçün nümayəndəliyə yeni rəhbər təyin olunub. Ariane Bauerin Azərbaycan nümayəndəliyindəki ətrafı, hal-hazırda da burada çalışmağa davam edən rəhbər şəxslər haqqında da məlumatlar toplamağa çalışırıq. Onlardan biri, müavin Beata Skverska haqqında əvvəlki yazılarımızda məlumat vermişdik. Arian Bauerin vaxtından Bakıda işləyən BQXK nümayəndəliyinin digər rəhbər heyət üzvləri haqqında, yəni onların ad-soyadları, vətəndaşları olduğu ölkələr, vəzifələri barədə də sizə məlumat verəcəyik. Həmçinin əgər kiminsə hansısa neqativ və qanunsuz əməli olubsa onu da işıqlandıracağıq.

Nümayəndəliyin yeni başçısı xanım Dragana Kojic isə, öz səlahiyyətlərinin icrasına yenicə başlayıb. O bundan öncə BQXK-nın Pakistan nümayəndəliyinin başçısı vəzifəsində çalışıb.

Sonda bir məlumatı da nəzərinizə çatdıraq ki, Azərbaycanda BQXK-nın Bakı nümayəndəliyindən başqa Bərdədə alt-nümayəndəliyi, Xankəndində isə, missiyası fəaliyyət göstərir. Onların fəaliyyəti haqqında da məlumat öyrənməyə çalışacağıq.

Oxşar xəbərlər

Bakıda azyaşlı dənizdə boğulub

Könül Kərimova

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Aynur Camal

Türk Azerbaycanda minaya düşdü

Könül Kərimova