Siyasət

Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib.

12 may 2022-ci il tarixində Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

Bugün.tv. XİN-dən   verilən xəbərə görə bildirir ki , nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.
Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.
Tərəflər, regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bugün TV

Oxşar xəbərlər

D.Peskov: Rusiyanı qlobal həyatdan sıxışdırmaq cəhdləri “ümidsizdir”.

Bugün TV

Prezident Ərdoğan, Bahçeli ilə görüşəcək

Bugün TV

Conson dünyadakı “yorğunluq təhlükəsini” Ukrayna mövzusunda gördü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu