5 C
Baku
3 Fevral 2023, 23:29
Digər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baxış tədbirləri həyata keçirilib

Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bugun.tv-yə verilən məlumata görə fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə Nazirliyin Akademiyasında baxış tədbirləri həyata keçirilib.

Baxış zamanı fəaliyyətin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, xidmətin təşkili, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət edilməsi, tibbi təminat və mənəvi-psixoloji vəziyyət, tədris işinin təşkili, texniki təhlükəsizlik qaydalarına riayət olunması diqqət mərkəzində olub. Eyni zamanda, Akademiyada tədris işinin, o cümlədən açıq dərslərin təşkili, fənn proqramları, tədris ilində keçiriləcək dərslər, kafedraların fəaliyyəti üzrə görüləcək işlər, əsas və təkrar imtahanlar, dərs cədvəlləri, qruplar üzrə semestr imtahanlarının yekun nəticələri, eləcə də tədris prosesini tənzimləyən normativ sənədlərin mövcudluğu və s. məsələlər də nəzərdən keçirilib.

Baxış zamanı zərurət yarandığı hallarda əməli köməklik göstərilib, həmçinin aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

 

Oxşar xəbərlər

Almaniya mediası diaspor fəalı olan azərbaycanlı iş xanımından yazıb

Nigar Məmmədova

Akademik Musiqili Teatrda “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq

Şükufə Ramizqızı

Narkotik çəkib, avtobus sürdü – VİDEO

Teymur Əziz

Şərh yazın