22 C
Baku
Sentyabr 26, 2022
Baş xəbərMədəniyyət

“Mahmud və Məryəm” filminin Qətərdə ilk nümayişi keçirilib – FOTO

Azərbaycan Respublikasının Qətərdəki səfirliyinin təşəbbüsü ilə “Şuşa ili” çərçivəsində “Katara” Mədəniyyət Şəhərciyinin Dram Teatrında “Mahmud və Məryəm” filminin Qətərdə ilk nümayişi keçirilib.

Ümumiyyətlə, “Mahmud və Məryəm” Dohada nümayiş olunan ilk Azərbaycan filmi hesab olunur.

Filmin təqdimat mərasimində “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Dr. Xalid İbrahim əs-Sulayti, Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Qətərdəki səfiri Mehmet Mustafa Göksu, Qətərin bəzi ictimai xadimləri, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Ukrayna) və diplomatik heyəti, Qətərdə fəaliyyət göstərən yerli media nümayəndələri, eyni zamanda Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

“Mahmud və Məryəm” filminin nümayişindən öncə çıxış edən Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov göstərdikləri köməkliyə və dəstəyə görə “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Dr. Xalid İbrahim əs-Sulaytiyə, həmçinin dəvəti qəbul edib gəldiklərinə görə qonaqlara təşəkkür edib. Səfir daha sonra film haqqında qısaca məlumat verərək, onun Azərbaycan Respublikasının xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı romanı əsasında türk rejissoru Mehmet Ada Öztekin tərəfindən 2013-cü ildə çəkildiyini və Azərbaycan-Türkiyə tərəfdaşlığında ilk kino layihəsi olduğunu, filmdə baş rolları Aras Bulut İynemli və rus əsilli Yeva Dedovanın paylaşdıqlarını bildirib.

Səfir “Mahmud və Məryəm” filminin ərəb dilinə dublyaj olunaraq, ərəb ölkələrində ilk dəfə olaraq Qətərdə nümayiş olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva filmin nümayişinin yüksək səviyyədə təşkil olunmasında xidmətləri olan Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fonduna dərin təşəkkürlərini çatdırıb. O, filmin çəkilişlərinin Azərbaycanın Şəki, Qax, Bakı şəhərlərində həyata keçirildiyini, filmin Türkiyədə 22 mart 2013-cü ildə, Azərbaycanda isə 26 sentyabr 2013-cü ildə nümayiş olunduğunu bildirib.

Oxşar xəbərlər

“İğtişaşçılar məsuliyyətə cəlb ediləcək”

Aynur Camal

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb

Aynur Əfəndi Zadə

Çin, Hindistan və Rusiya birgə hərbi təlimlər keçirəcək

Aynur Camal