Digər

Möcüzə…

Bizim şirkətə bir ingilis təcrübə mübadiləsinə gəlmişdi. O, bizim adət-ənənələmizlə maraqlanırdı. Mən ingilis dilində az-maz qırıldadığım kimi, o da Azərbaycan dilində az-maz qırıldadırdı. Mən onu xalça muzeyinə apardım. O, xalçalarımızı görən kimi, möcüzə deyib, baş barmağı ilə işarə etdi. Xalça muzeyindən çıxıb, İçəri şəhəri gəzdik. Qız qalasından şəhəri seyr etdik, ingilis tez-tez “möcüzə” deyib baş barmağını göstərirdi. İngilis toylarmızla maraqlanırdı, mən onu dostumun toyuna apardım. İngilis yeyib-içib rəqs eləyib, tez-tez baş barmağını göstərib “möcüzə” deyirdi. Biz şadlıq sarayının foyesinə çıxdıq, mən qutuya yaxınlaşıb, bir konvrert götürüb, içinə əlli manat qoyub, üstünə adımı yazıb, qutuya atdım. İngilis bunu görüb təəccübləndi. Tikə, lülə, balıq kababı, araq konyak, salatlar, meyvələr bütün bunlar hamısı əlli manat?! Baş barmağını göstərib dedi, “möcüzə”. Mən ingilisin yanında lovğalanaraq dedim ki, biz həftədə iki-üç dəfə bu möcüzəni yaşayırıq. İngilis dedi ki, üzr istəyirəm, bizdə məvacibi soruşmaq etikadan kənardır, amma maraq üçün bilmək istəyirəm aylıq məvacibin nə qədərdir? Mən uç yüz manat alsam da, ingilisin yanında milli mənafeyimizi uca tutaraq dedim ki, beş yüz manat. İngilisin heyrətindən gözündəki eynək düşdü, dili topuq vurdu. Beş yüz manat hər axşam belə kayf? Bu həyat deyil, əsl möcüzədir.
Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Kəmalə Sultan

Oğul ata anasını buçaqlamaqda şübhəli bilinərək saxlanıldı

Kəmalə Sultan

Zaur Darabzadə mükafata layiq görüldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu