8 C
Baku
23 Dekabr 2024, 6:50
Baş xəbər

Qurtuluşun 29-cu ili

Bəzi rəqəmlər tarixin gedişatını dəyişir. Bu baxımdan 15 iyun 1993-cü ili Azərbaycan tarixində yeni dövrün başlanğıcı kimi dəyərləndirmək olar. 70 illik Sovet əsarəti bitdikdən sonra  ölkəmizdə 1990-1993-cü illər hərc-mərclik dövrü kimi xatırlanır. Ölkədə qarşıdurma, gərginlik, vətəndaş müharibəsi, dövlət çevrilişinə cəhd kimi halların tüğyan etdiyi dövrdə   “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı altında  91 ziyalının Səs qəzetində dərc edilən müraciəti əsasında Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olunur. Beləliklə xalqın səsinə səs verən H.Əliyev hakimiyyətə gəlməsi ilə xaos bitir.

Həmin dövr Azərbaycan siyasi epoxasına şahid olmuş, gəncliyi o dövrə təsadüf edən şəxslərdən bir də Əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəylidir. O, həmin dövrü belə xarakterizə edir:
“Həmin dövr Azərbaycan öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ordu quruculuğu istiqamətində ciddi addımlar atılmamışdı və faktiki olaraq könüllü hərbi birləşmələr mövcud idi.

Azərbaycan iqtisadiyyatı bərbad  vəziyyətdə idi, neft və enerji resurslarının  dünya  bazarlarına çıxarılmasında problemlər yaranmışdı. Ölkə parçalanmaq təhlükəsi qarşısında idi. Bu təkcə ermən separatizmi ilə bağlı deyildi, xarici qüvvələr Azərbaycanı faktiki olaraq bölməyə çalışırdı. Müxtəlif bölgələrdə separatizm hərəkatları baş qaldırmışdı. Belə bir  dövrdə ölkəni bu vəziyyətdən qurtarmaq üçün liderə ehtiyac var idi. Azərbaycan xalqı Ümummilli lider H.Əliyevi hakimiyyətə dəvət etdikdən sonra ölkədə sülh-əminamanlıq bərpa olundu”


Bundan sonrakı dövr Azərbaycan üçün siyasi, sosil- iqtisadi sahələrdəki inkişaf, sivil dünyaya inteqrasiya ilə xarakterizə edilir. Məhz bu keyfiyyətlərə görə H.Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycan xalqının hafizəsinə qurtuluş günü kimi həkk olundu. Xüsusilə, 1993-2000 illərdə  uzun müddət müstəqil yaşayacaq Azərbaycanın təməli artıq atılmışdır. H.Əliyev bu illər ərzində M.Ə.Rəsulzadənin bizlərə vəsiyyət etdiyi Müstəqil Azərbaycanı inkişaf etdirərək gələcək nəsillərə zəngin irs buraxdı. Elçin Mirzəbəylinin sözlərinə görə, H. Əliyevin səyləri nəticəsində 1994-cü ildə İqtisadi müstəqilliyimizin əsasını qoyan və enerji siyasətimizin təməlini təşkil edən “Əsrin müqaviləsi” imzalandı. Bu gün Azərbaycanın enerji  resursları dünya bazarlarına çıxırsa və ölkəmiz beynəlxalq nəqliyyat dəhlizində mühüm rol oynayırsa bu, məhz həmin zaman həyata keçirilən enerji siysətinin nəticəsidir.

“15 iyun – Azərbaycan dövlətçiliyinin Qurtuluşu günüdür, xilası günüdür. Nə biz, nə gənclik Azərbaycanın yaxın tarixində baş verən bu hadisələri unudacaq. Həmin dövrdə xalq müdriklik nümayiş etdirməsəydi, Heydər Əliyev hakimiyyətə gəlməsəydi şübhəsiz ki, bu gün biz bütöv və güclü Azərbaycandan danışa bilməzdik” – deyə, müsahibimiz xüsusi vurğuladı.

Bəli, bəzi  rəqəmlar var ki, tarixin gedişatını dəyşir. 15 İyun  kimi. Bir il öncə bu gün Şuşada ən yeni Azərbaycan tarixinin növbəti səhifəsi yazıldı. ”Şuşa bəyannaməsi” bir müqavilədən daha artığını ifadə edir. O türkün gücünü rəsmi şəkildə dünyaya bəyan edən tarixi sənəd, yaşadığımız coğrafiyada  uzun zaman mövcud  olacağımızın təminatıdır. “Şuşa Bəyannaməsi” ilə Heydər  Əliyevin memarı olduğu müstəqil Azərbaycan yeni mərhələyə qədəm qoymuş oldu.

Ulu öndərin də, qeyd etdiyi kimi:  “Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
15 İyun – Qurtuluş günümüz mübarək!

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Avtomobil mikroavtobusla üz-üzə toqquşdu: 5 nəfər xəsarət aldı

Bugün TV

Donald Tramp həbs edildi

Kəmalə Sultan

Çində Ümumdünya Robot Konfransı keçirilir

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu