25 C
Baku
27 İyul 2024, 5:01
Siyasət

Türkiyəli siyasi şərhçi Kürşad Zorlu Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərindən danışıb

Siyasi şərhçi, prof. Dr. Kürşad Zorlu Bugün.tv-yə  Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərindən danışıb. Professor bildirib ki, nə qədər ki, Ermənistanın “Dağlıq Qarabağ” iddiası davam edir, Türkiyə ilə normallaşma xəyaldır. Qarabağ müharibəsindəki qələbəsi ilə dünyaya sərt güc qabiliyyətini nümayiş etdirən Azərbaycan yeni dövrdə yumşaq güc elementləri ilə prosesi yekunlaşdırmaq üçün addımlar atır. Şübhəsiz ki, 44 günlük müharibənin sonunda mühüm hərbi uğur və qazanc əldə edildi. İllərin işğalı böyük qələbə ilə başa çatıb. İndi yekun razılaşma ilə çatışmayan kobud detalları aradan qaldırmaq və işğaldan azad edilən torpaqları layiq olduqları mövqeyə daşımaq lazımdı.

Bu kontekstdə dünən Qlobal Bakı Forumunda çıxış edən prezident Əliyev aydın mesajlar verdi. Ən əsası “Dağlıq Qarabağ deyə bir şey yoxdur” ifadəsi idi.

Kürşad bəy həmçinin qeyd edib ki, mövcud vəziyyətlə bağlı Avropanın Azərbaycanın enerji resurslarına ehtiyacı var.  Ermənistanın bu prosesə gizli təsir etməməsi üçün həm İrəvan administrasiyası, həm də məsələ ilə bağlı ölkə və təşkilatlar üçün çoxşaxəli fəaliyyət həyata keçirilir.

“Qarabağda son mənzərənin yaranması, sülh müqaviləsinin imzalanması, dəhlizlərin açılması və köçkünlərin öz yurdlarına qayıtması Cənubi Qafqazın rifahının yüksəlməsi, hətta Türk Dünyasının güc sahibi olması deməkdir. – Yeni nəqliyyat-logistika şəbəkələrinin və Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin birləşdirilməsi bu regionda böyük iqtisadi potensialın yaranmasü deməkdir” – deyə o qeyd edib.

Sonda müsahibimiz vurğuladı ki, Qlobal Bakı Forumu çərçivəsində Bakıda keçirilən görüş zamanı cənab Əliyevlə qısa söhbət etmək imkanımız oldu. Onun səmimi yanaşması təbii ki, Türkiyə-Azərbaycan münasibətlərinin hər mənada yaxınlığının təzahürüdür.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Özbəkistan parlamenti Rusiyaya rəsmi səfər etməyi planlaşdırır

Aynur Camal

V.Bayramov: “Füzuli rayonundakı problemlərin tezliklə həll olunacağına ümid edirəm”

Nigar Məmmədova

Müdafiə naziri Türkiyəyə səfər edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu