Bugun.tv xəbər verir ki, Ukrayna , Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqına daxil olmaq istəyən ölkələrlərin, Avropa siyasi birliyi yaratmaq təklifini qəbul etməkdən imtina edir. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba açıqlayıb.
“Ukraynaya ikinci dərəcəli münasibət nümayiş etdirən və ukraynalıların hisslərini incidən, Aİ-yə namizəd statusunu əvəz edənlərə ehtiyacımız yoxdur”, – deyə Kuleba sosial şəbəkədə yazıb. Onun fikrincə, Avropa liderləri Ukraynanın Avropa ilə bağlı strateji qeyri-müəyyənliyi dayandırmalıdırlar.
Xatırladaq ki, Avropa Şurasının rəhbəri Fransa prezidentinin Aİ-yə üzv olmaq istəyən ölkələr üçün xüsusi Avropa siyasi birliyinin yaradılması təşəbbüsünü dəstəkləyib. Bundan əvvəl Emmanuel Makron bildirmişdi ki, Avropa İttifaqı bu ilin iyununda Ukraynanın üzvlük müraciətinə baxacaq. Fransa lideri, Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşıdakı həftələrdə silah tədarükünü artıracağına söz verib,
əvvəlki yazı
- Şərhlər
- Facebook şərhləri