14 C
Baku
21 Mart 2026, 14:08
Siyasət

Putin yaralı əsgərlərə baş çəkib

Rusiya prezidenti Vladimir Putin  Moskvadakı Mandrik Mərkəzi Hərbi Klinik Xəstəxanasına baş çəkib, burada Ukraynada xüsusi hərbi əməliyyat zamanı yaralanan rus hərbçilərinin vəziyyətini yoxlayıb.

Bugün.tv Tass-a istinadən xəbər verir ki, ziyarət zamanı Putini Rusiyanın müdafiə naziri Sergey Şoyqu müşayiət edib.

Səfərin görüntüləri Kremlin Telegram kanalında yayımlanıb. Orada prezident və nazirin tibbi xalatda palatalardan birinə daxil olduqları əks olunub. Onlar müalicə alan hərbçilərlə söhbət ediblər. Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident “xüsusi hərbi əməliyyat zamanı yaralananlar üçün yaradılan şərait mövzusu ilə daim maraqlanır və nəzarətindədir”.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu