11 C
Baku
7 Dekabr 2023, 0:12
Siyasət

Türkiyə Suriyada əməliyyat üçün icazə almaq niyyətində deyil

Bugün.tv xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Suriyanın şimalında Ankaranın terrorçu hesab etdiyi təşkilatlara silah və sursat tədarükünü davam etdirməkdə ittiham edib.

” Suriyanın şimalından Türkiyəyə edilən ən kiçik hücumu cavabsız qoya bilmərik. Bəzi terror təşkilatlarının Suriyanın şimalında mərkəz nöqtələri var, onlar Suriyanın şimal-şərqindən şimal-qərbinə qədər bütün bu bölgələrdə yerləşir. Təəssüf ki, bütün koalisiya qüvvələri , Başda ABŞ olmaqla, bu terror təşkilatlarını ciddi silah, texnika və sursatla təmin etməyə davam edirlər. Şimali İraqdakılar da daxil olmaqla 100-dən çox terrorçunu zərərsizləşdirmişik. Bu proses davam edəcək.”-deyə R.T.Ərdoğan bildirib. Prezident vurğulayıb ki, Türkiyə Suriyada mümkün yeni əməliyyat keçirmək üçün heç kimdən, o cümlədən ABŞ-dan icazə almaq niyyətində deyil. “İlk növbədə, hər kəs öz işi ilə məşğul olmalıdır. Amerika da üzərinə düşəni etməlidir. Əgər Amerika terrorla mübarizədə üzərinə düşən vəzifəni yerinə yetirməsə, onda biz tək mübarizə aparacağıq, ”, – Ərdoğan  Türkiyənin Suriyada mümkün əməliyyatı ilə bağlı jurnalistlərin suallarına cavab verərkən bildirib.

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu