Digər

Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq”.

Bu xəbəri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Bunun çox sevindirici hal olduğunu vurğulayan E.Əmrullayev buna görə Prezident İlham Əliyevə təşəkkür edib. Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub.

O, müəllimlərin seçiminə gəlincə deyib ki, nazirlik köç prosesinin başa çatmasını gözləyir: “Çünki məktəbdə nə qədər şagirdin tədris alacağını bilməliyik. Sevindirici fakt odur ki, müəllim sayı kifayət qədərdir”.

 

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu